AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı













Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Dogruxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak edib.

Koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (12 səs lehinə, 1 səs əleyhinə).
2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.

2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.


Oxunub: 625

Son xəbərlər

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi olacaq

"Azərbaycanın ən parlaq ulduzu" mükafatını onlar ALDI

Bu kadrlar Ermənistanı təşvişə salacaq - VİDEO

Bütün xəbərlər