Təhsil / dunya
27.06.2020, 11:59
Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək
Hollivudun "SK Global Entertainment" şirkəti Çində koronavirusun yayılmasının ilk günləri və həkimlərin naməlum virusla mübarizəsinə həsr olunmuş yeni film üzərində işə başlayıb.
Dogruxeber.az bildirir ki, filmin ssenarisini "Oskar" mükafatı laureatı Çarlz Rendolf yazır.
Filmin çəkilişlərinin gələn ilin əvvəlində Çində başlaması planlaşdırılır.
Hələlik filmin heyəti və çəkiliş xərcləri barədə məlumatlar verilməyib.
(Trend.az)