sosial
3.07.2020, 16:17
FAO: Qlobal ərzaq məhsulları iyunda yenidən bahalaşıb
Bu ilin iyun ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi orta hesabla 93,2 təşkil edib ki, bu da ötən aya nisbətən 2,4% çoxdur.
Dogruxeber.az bildirir ki, "APA-Economics"in məlumatına görə, bu barədə FAO-nun məlumatında deyilir.
Bildirilib ki, iyunda bitki yağları, şəkər və süd məhsullarının qiymətlərinin artması nəticəsində qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. Lakin taxıl və ət bazarlarında qiymətlər COVID-19 pandemiyasının səbəb olduğu bazar qeyri-müəyyənliyi şəraitində təzyiq altında qalıb.