siyaset / dunya
18.07.2020, 16:12
Paşinyan generalları topladı
Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirliyinin və silahlı qüvvələrin rəhbərliyi ilə görüş keçirib.
Dogruxeber.az Virtualaz.org-a istinadən bildirir ki, məlumatı erməni KİV-ləri yayıb.
Bildirilir ki, görüşdə müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Gasparyan və digər generallar iştirak ediblər. Görüşə xarici işlər naziri Zohrab Mnatsakanyan da qatılıb.
Görüşdə tərəflər Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər.