hadise
20.07.2020, 09:59
Paytaxtda avtomobil qadını vuraraq xəsarət yetirdi
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Dogruxeber.az Report-un məlumatına əsasən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əkbərova Firuzə Hüseynqulu qızını vurub.Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.