Bakıda məşhur restoranın sahibinə cinayət işi açıldı











Bakıda fəaliyyət gösətərn "Neolit" restoranında ağacların məhv edilməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən “Neolit” MMC-yə məxsus “Neolit” restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır.

Aparılmış araşdırmalarla “Neolit” restoranının arxa hissəsindəki ərazidə betonlama işləri həyata keçirilərkən ağacların həyətin digər hissəsinə köçürülməsinə görə çinar ağaclarından 9 ədəd kök üstə quruması, 21 ədəd şam ağacının məhv edilməsi nəticəsində təbiətə 37 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qanunsuz ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Hazırda Baş İdarə tərəfindən istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.


Oxunub: 574

Son xəbərlər

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

ABŞ-ın məşhur aviaşirkəti Tel-Əvivə uçuşlarını dayandırdı — SƏBƏB

Yaponiyada atom elektrik stansiyasında yanğın oldu

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü

“Ermənilərlə azərbaycanlılar birlikdə yaşayacaq, bu dəfə vəziyyət başqa cürdür...”

Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb — VİDEO

Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW

Taleh Kazımovdan "Naxçıvan Bank"la bağlı açıqlama: Bağlanır?

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu günə olan valyuta məzənnələri

Çində magistral yol çökdü - Ölənlər var

Bütün xəbərlər