iqtisadiyyat
25.07.2020, 11:44
Azərbaycanda bu il inflyasiya 1,8%-dək yavaşlayacaq - PROQNOZ
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda istehlak qiymətləri indeksinin 2019-cu ilə nisbətən 1,8% artacağını proqnozlaşdırır.
Dogruxeber.az-ın agentliyə istinadən verdiyi məlumata görə, 2021-ci ildə inflyasiya 3,7%, 2022-ci ildə 2,9%, 2023-cü ildə isə 2,5% təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda inflyasiya 2,6%-ə bərabər olub.