hadise / dunya
29.07.2020, 12:02
Misirdə polisi öldürməkdə ittiham olunan yeddi nəfər edam edildi
Misirdə polisin xidməti silahını oğurlayıb, daha sonra onu qətlə yetirməkdə ittiham olunan yeddi kişi edam edilib.
Dogruxeber.az bildirir ki,bu barədə “HaberGlobal” məlumat yayıb.
Ölümlə nəticələnən insident 2018-ci ildə Misirin İsmailiyyə şəhərində qeydə alınıb.
Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar edam cəzasına görə mütəmadi olaraq Misir hökumətini tənqid edən bəyanatlarla çıxış edirlər.