hadise
13.08.2020, 16:29
Məşhur aktrisa vəfat etdi
Türkiyəli aktrisa Meral Niron vəfat edib.
Dogruxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Meral 1937-ci ildə İzmirdə anadan olub. Uzun illər teatrda çalışıb. Bir çox film və seriallarda rol alıb. Tamaşaçılar onu daha çox "Bizim evin halleri" serialında canlandırdığı Sakız obrazı ilə tanıyır.