gundem / sosial
27.08.2020, 15:03
Karantin rejimi yenidən uzadılır - DİQQƏT
Azərbaycanda karantin rejimi yenidən uzadılacaq.
Dogruxeber.az "BakuPost"un əldə etdiyi məlumata əsasən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətin təhlilindən sonra bu qərara gəlib.
Ancaq vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılacağı gözlənilir.
Qeyd edək ki, mövcud karantin rejimi avqustun 31-də başa çatır.