hadise
28.08.2020, 12:45
Şəki sakinindən qanunsuz saxlanılan silah götürüldü
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq, götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.