Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi









Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb.

Dogruxeber.az məlumat verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə qeyd olunub ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb:

"Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib”.


Oxunub: 438

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər