gundem / sosial
28.09.2020, 12:34
Komendant saatı ilə əlaqədar elektrik qatarlarının cədvəlinə dəyişiklik edilir
Komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq 28 sentyabr tarixindən etibarən qatarlarının cədvəlinə dəyişiklik edilir.
Bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
(Oxu.az)