Ombudsman Gencede faktarasdirici missiya heyata kecirib












Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozulmaqla cəbhə bölgəsindən uzaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulur.

Ombudsman Aparatından Metbuat.az-a təəssüflə bildirilib ki, Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirərək 4 oktyabr 2020-ci il tarixdən başlayaraq münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Ombudsman Səbinə Əliyeva bununla əlaqədar növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib.

Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb. Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanmış şəxslərlə, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.

Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşi nəticəsində dağıntılara məruz qalmış Gəncə şəhərində davam etdirilən faktaraşdırıcı missiyanın nəticələrinə dair hesabat da beynəlxalq təşkilatlara təqdim ediləcək.

Qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələri qəsdən - məqsədli şəkildə Mingəçevir, Beyləqan, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Cəbrayıl, Xızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar var, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyib.


Oxunub: 503

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər