sosial
7.11.2020, 13:33
Məşhur serialın 39 üzvü koronavirusa yoluxdu
Türkiyədə yayımlanan və reytinqli layihələrdən olan "Gönül Dağı" serialında xoşagəlməz hal yaşanıb.
DogruXeber.az bildirir ki, film heyəti arasında aparılan koronovirus testlərinin nəticəsinə əsasən, 39 nəfərdə koronovirus aşkarlanıb. Buna görə də serialın çəkilişlərinə bir müddət ara verilib.
Çəkilişləri Eskişehirdə reallaşdırılan ekran əsəri haqqında belə bir xəbərin yayılması, serialın pərəstişkarlarını və çalışanlarını məyus edib.
Əvvəl aktyorlardan Gülsüm Ali İlhan koronovirusa yoluxub. Daha sonra bütün film heyəti arasında test aparılıb. Daha 38 nəfərin test analizlərinin cavabı müsbət çıxıb.
(Axsam.az)