hadise
10.11.2020, 15:22
Ağcabədidə yük maşını minik avtomobili ilə toqquşub, ölən var
Ağcabədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DogruXeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 9-da saat 08.00 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Arif Əliyevin idarə etdiyi “Mercedes” və H.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində A.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.