“UNESCO Qarabağdakı islam irsinə biganə yanaşmamalıdır” - Rusiyanın din xadimi












Rusiya müsəlmanları dini idarəsi sədrinin birinci müavini Dəmir Mühətdinov Dağlıq Qarabağdakı dağıdılmış müsəlman abidələrinə və ümumilikdə islam irsinə biganə yanaşılmasını və yalnız xristian abidələrini UNESCO tərəfindən siyahıya alınması ilə bağlı mürəciətləri tənqid edib.

DogruXeber.az bildirir ki, o bu barədə öz feysbuk hesabında məlumat yayıb.

"Bu gün görkəmli mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti ilə bağlı xəbərləri oxuyanda təəccübləndim. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri daha da qorunması üçün Dağlıq Qarabağ bölgəsinin xristian mədəni, bədii və memarlıq irsi abidələrinin Ümumdünya Mədəniyyət Mirasları siyahısına daxil edilməsini xahiş edirlər. Müsəlman abidələrinin təhqir və məhv edilməsinə utanmadan gözlərini yumaraq, Dağlıq Qarabağdakı xristian kilsələrini qorunması lazım olan bir mədəni irs hesab edən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının ərazisində olduqları onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zədələnmiş tarixi və mədəni abidələrin sayı yüzlərlədir",-deyə Mühətdinov qeyd edib.

O, UNESCO təşkilatını Qarabağın mədəni və dini irsinə diqqət ayırarkən obyektiv yanaşma sərgiləməyə çağırıb.

"UNESCO-nun diqqətini Qarabağın tarixi irsinə cəlb etməyi tamamilə düzgün hesab edirəm. Ümid edirəm ki, bu yaxınlarda 75 illik yubileyini qeyd edən bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssisləri obyektlərin dini mənsubiyyəti nəzərə alınmadan, obyektiv və qərəzsiz olaraq bölgənin tarixi irsinin daha yaxşı qorunması üçün araşdırmaya başlayacaq və müvafiq qərarlar qəbul etmək üçün kifayət qədər təhsilə və nəzakətə sahib olacaqlar",-deyə din xadimi qeyd edib.
(Qafqazinfo.az)


Oxunub: 484

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi – FOTOLAR

ALİ MƏHKƏMƏNİN HAKİMİ İNTİHAR ETDİ – Səbəbi açıqlandı

"Nar"dan sərfəli smartfon TƏKLİFİ

Parkinson xəstəliyi genetikdir? - Alimlərdən xəbərdarlıq

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Həftəsonu yuxusu depressiyanı azaldır

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Binəqədinin keçilməz yolları - VİDEO

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...

Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

https://dogruxeber.az/2024/04/27/xtaid-akademik-zrif-liyevaya-hsr-olunmu-elmi-praktiki-konfrans-keirildi-fotolar.html

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Bakıda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini körpəsinə verdi - VİDEO

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Sabah hava necə olacaq?

60 yaşlı qadın gözəllik müsabiqəsinə qatıldı

Yıldız Tilbe bu görüntüsü ilə diqqət çəkdi

Bu ölkə orqan alverində şübhəli bilinir

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA

Xətaidə akademik Zərifə Əliyevaya həsr olunmuş elmi-praktiki konfrans keçirildi – FOTOLAR

Ruslar Xarkovda mindən çox insanın olduğu xəstəxananı vurdu - FOTO

"Dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim" - Deputata sui-qəsdlə bağlı növbəti məhkəmə

Bütün xəbərlər