dunya
24.11.2020, 15:48
Litva Parlamenti yeni Baş naziri təsdiqlədi
Litva Parlamenti İnqrid Şimonitenin ölkənin Baş naziri vəzifəsinə təyinatını təsdiqləyib.
DogruXeber.az bildirir ki, 62 millət vəkili Şimonitenin namizədliyinin lehinə, 10-u əleyhinə səs verib, 41 nəfər bitərəf qalıb.
Qeyd edək ki, Şimonitenin Baş nazir vəzifəsinə namizədliyi hakim koalisiyaya daxil olan “Vətən Birliyi - Litvanın Xristian Demokratları”, “Liberal Hərəkat” və “Azadlıq Partiyası” partiyaları tərəfindən irəli sürülüb.
(Qafqazinfo.az)