hadise
27.11.2020, 14:43
Sumqayıtda evlərdən oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, şəhər polis idarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da şəhər ərazisindəki evlərin birindən 650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Səfərov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.