Samux rayon İcra orqanından narazı olan 1-ci qrup əlil-VİDEO



Ötən gün “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Samux rayon Kolayır kənd sakini 1-ci qrup əlil Qasımov Ayət Hidayət oğlu tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur. Belə ki,kənd sakini A.Qasımov iddia edir ki,rayon icra orqanı aztəminatlı ailələrin yaşayış durumları ilə birmənalı olaraq maraqlanmırlar. Və hətta onların müraciətlərini də qəbul etmirlər. Onun sözlərinə görə pandemiyayla əlaqədar olaraq RİH-nin başçısı Alı Qocayevin qəbuluna heç bir vətəndaş girə bilmir. “Amma o əlil olduğu üçün çox çətinliklə də olsa,başçının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilovanın qəbuluna düşə bilib. Həmin vaxt onlardan,yaşayışının ağır olduğuna dair kömək istəyib. Kəmalə xanım isə ona bildirib ki,bizim elə büdcəmiz yoxdur ki,sizə köməklik edək.” Samux RİH-dən ümidini kəsən əlil vətəndaş redaksiyamız vasitəsi ilə ölkə Prezidentinə üz tutub kömək istədi.
P.S. Daxil olmuş müraciətlə bağlı Samux rayon İcra Hakimiyyətinin müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova ilə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini öyrəndik. K.Xəlilova isə aztəminatlı ailə başçısı Ayət Qasımovun iddialarını təkzib etməklə yanaşı hətta onun yalançı və şərçi olduğunu bildirdi.
P.S.S. Hesab edirik ki,kimin yalan,kimin doğru olduğunu müəyyən etmək aidiyyatı orqanların üzərinə düşən vəzifədir. Biz isə məsələyə el misalı ilə xitam vermək istəyirik: “Od olmasa tüstü çıxmaz”.


Oxunub: 742

Son xəbərlər

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Bütün xəbərlər