hadise
7.12.2020, 12:47
SON DƏQİQƏ: Bu İcra hakimiyyətinin başçısı saxlanıldı - YENİLƏNDİ
Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasına əməliyyat keçirib.
DogruXeber.az bildirir ki, əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov saxlanılıb.
Namiq Zeynalovla yanaşı onun birinci müavini Mənsur Məmmədov və Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin rəisi Yaşar Vəliyev də saxlanıldığı deyilir.
Əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirildiyi bildirilir.
11:55
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
DogruXeber.az bildirir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
(Big.az)