hadise
15.12.2020, 12:42
Tanınmış hərbi jurnalist koronadan vəfat etdi
Tanınmış hərbi jurnalist Rəşad Süleymanov koronavirusdan vəfat edib.
DogruXeber.az bildirir ki, bu barədə onun dostu, jurnalist Tofiq Şahmuradov məlumat yayıb.
O, Rəşad Süleymanovun bu gün vəfat etdiyini bildirib.
Qeyd edək ki, Rəşad Süleymanov 1982-ci il aprelin 14-də Füzulidə anadan olub. O, “Azeri Defence” jurnalının təsisçisi idi.
(Axar.az)