Azad edilən rayonlarımızı necə inkişaf etdirək?











"İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir".

DogruXeber.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir: "Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var.

Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadə arzuolunan olardı.

Eyni zamanda, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünü məşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər. Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir"Qafqazinfo


Oxunub: 463

Son xəbərlər

Həbsxana həyatı yaşadı,yenə nəticə çıxarmadı – Tikinti maqinatı Rauf Əliyev qanunsuz əməllərini davam etdirir

Yeni Sənaye Parkı yaradıldı - FƏRMAN

Binə qəsəbəsi və Hava Limanına dəmir yolu çəkiləcək

Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

Prezidentin köməkçisi NATO-da müzakirələr aparıb

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başa çatıb

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Avtobus və velosiped zolaqlarına çıxanlar 100 manat ödəyəcək

Paşinyan sülh müqaviləsindən Azərbaycandan əvvəl yol istəyir?

Nazir daha bir rəisi işdən çıxardı - Rəis əvəzi təyin etdi

Vəzifəli şəxslər üçün olan bu cərimələr azaldılır

Metronun iş rejimi dəyişdiriləcək

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik

İyulun 1-dən...

Ətin qiymətini bahalaşdıran OLİQARX MƏMURLARDIR... - Kasıbın ferması var?..

Bu şəxslərin maaşları artırıldı

“BakuBus” Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq

Sabah 35° isti olacaq

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

Naxçıvanda yeni sənaye zonası yaradılır

“Azərişıq” paytaxtda və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Emil Alxaslı MÜƏMMASI DAVAM EDİR…

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar

"Prava"sız maşın sürənlər üçün cərimə artırılır

ATU-nin bu klinikasında şəhid ailəsinə ikinci "müsibət" yaşadılır - Qocaman deputat bu müəssisələrdən xəbərsizdirmi?

Yenidən qəbul imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan nefti bahalaşdı

Adil Kərimlinin imicinə Şəki Uşaq İncəsənət Məktəbində belə zərbə vururlar

Cərrahiyyə Klinikasında “sığorta maxinasiyası” – GərayBƏYlinin sovet idarəetməsi

Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar

Bütün xəbərlər