gundem / hadise
21.12.2020, 10:31
Bakıda yaşayış binasında yanğın başlayıb
Bakıda dördmərtəbəli yaşayış binasında yanğın başlayıb.
DogruXeber.az APA-ya istinadən bildirir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində yerləşən binanın 3-cü mərtəbəsində baş verib.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.