Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qohumu yolkəsənlik edib. Bu haqda redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 saylı binada yaşayan Natiq Ələsgərov məlumat verib. Vətəndaş bildirib ki, yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin Azadxan adlı sahibi dükanın M.Əliyev küçəsinə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəni zəbt edib.

Vətəndaş deyir ki, sakinlər dəfələrlə Azadxandan piyada yolunun zəbtinə son qoyulmasına tələb ediblər: "Azadxan da deyir ki, heç kimdən və heç nədən qorxmur, piyada yolunu kəsməyə ona ”Memar-2" MTK-nın keçmiş sahibi Xədicə Mamant qızı Nəsirli icazə verib. Xədicə Nəsirli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun yaxın qohumudur. Deyirlər ki, bibisi qızıdır. Fakt odur ki, Yasamal rayonu, M.Əliyev küçəsi, 45 ünvanında piyada yolu zəbt edilib, özbaşına tikili tikilib və piyadalar məcbur qalıb həmin hissədə maşın yoluna çıxırlar. Bu isə hər an təhlükə deməkdir. Üstəlik, mövcud tikinti qaydalarından, bu ünvandakı layihədən kənar çıxaraq Bakı şəhərinin gözəlliyini korlayır".

Vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək özbaşına tikilinin sökülməsini, piyadaların təhlükəsizliyinin təmin edilməsini, gediş-gəliş yolu açılmasını xahiş edib".

Vətəndaş piyada yolunun zəbt edilərək market tikilməsi əks olunan fotoları da redaksiyamıza təqdim edib.
"Yeni Müsavat”


Oxunub: 502

Son xəbərlər

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək? - VİDEO

“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

Avropada cinsi yolla ötürülən infeksiyaların artması

Tədqiqat bel ağrısını onurğa 'amortizatorlarında' bir hüceyrə alt növü ilə əlaqələndirir

Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

"24 saat ərzində Qəzzada 310 fələstinli öldürülüb" - BMT

Antarktika pinqvinlərində həddindən artıq yuxu davranışı tapıldı

Bərdədə Atamoğlan əməlli-başlı ATAMANLIQ EDİR... - NARAZILIQ VAR...

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO/YENİLƏNİB)

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Yol polisi sürücülərə müraciət etdi

Bazar günü hava necə olacaq?

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Azərbaycan Rumıniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Neftimiz bahalaşıb

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var" - Prezident Qarabağ ermənilərindən danışdı

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

Yeni ildə 7 gün İŞ OLMAYACAQ

İlham Əliyev iqtisadi islahatlardan DANIŞDI

Dövlət başçısı Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi (FOTO)

Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi

Qvatemala prokurorları prezident seçkilərinin legitimliyini tanımaqdan imtina edib

Bütün xəbərlər