Təhsil nazirliyində tender monopoliyası
Azərbaycanda hazırda ən çox korrupsiya halları dövlət qurumlarının həyata keçirtdiyi satınalmalarda baş verir. Bu barədə ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilməsinə baxmayaraq, hələ də dövlət tenderlərində korrupsiya qaydaları dəyişməz olaraq qalmaqdadır.

Ölkədə ən çox tender keçirən qurumlardan biri də Təhsil Nazirliyidir.

PİA.az-a verilən məlumata görə Təhsil Nazirliyinin keçirtdiyi dövlət satınalmalarında qalib olan şirkətlərin əksəriyyəti nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin qoyduğu "qaydalar” əsasında işləyir.

Həmin qaydalara isə nəzarti Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev rəhbərlik etdiyi bildirilir.

Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Təhsil Nazirliyinin dövlət satınalmalarında qalib olmaq istəyən şirkətlər mütləq şəkildə Fərhan Əliyevin qoyduğu "qayda”ya əməl etməlidir. Həmin qayda isə ondan ibarətdir ki, tenderi udan şirkət görəcəyi işlər üçün bütün gərəkli malları Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdən almalıdırlar.

Mənbə bildirilir ki, Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdə satılan mal-matrealların qiyməti bazardakı qiymətdən xeyli bahadır. Bu yolla keçirilən bütün tender əməliyyatlarında büdcəyə ciddi ziyan vurur və alınan bütün malların qiymətləri bir neçə dəfə şişirdilir. Bu isə keçirilən tenderin əhəmiyyətini itirir, görülən işlərin keyfiyyətini isə bir neçə dəfə aşağı salır. Halbuki dşvlətin tender keçirməkdə əsas məqsədi daha aşağı qiymətlərlə öz işlərini görmək və özəl şirkətlərin rəqabəti fonunda büdcəni artıq xərclərdən xilas etməkdir. Azərbaycanda isə bu sadə həqiqət həmişə əksinə başa düşülür və keçirilən tenderlər əslində məmurların büdcəni talamaq məqsədi daşıyır.

PİA.az-ın əldə etdiyi məlumata görə yeni təhsil naziri Emin Əmirullayev Nazirliyin alqı-satqı işlərində sözügedən neqativ halları aradan qaldırmağa çalışsa da, onun sərt təpkilərlə üzləşib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq ...


Oxunub: 621

Son xəbərlər

Peskovdan Rusiya-İran münasibətləri ilə bağlı AÇIQLAMA

Naxçıvan necə idarə olunur: Azərbaycan, “canişinlik”, yoxsa cəngəllik qanunları ilə?

Görmənin pisləşməsi demans riskini artıra bilər

“Nar”ın dəstəyi ilə “Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

"Naxçıvan yoluna özəl mühafizə şirkətini cəlb edə bilərik" - Mirzoyan

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Xanların XANLIQ EŞQİ: Hər sahibkar 150 min verməlidir... - DƏLİXANADIR, VALLAH...

Onlar helikopterə minib Qarabağdan Ermənistana qaçıblar - Simonyan AÇIQLADI

Səhiyyə Nazirliyindən vaksinasiya ilə bağlı ÇAĞIRIŞ

Sabaha olan hava proqnozu

Xaricdə yaşayan azərbaycanlılar üçün ümumi dərslik çap olunacaq

İran XİN Ermənistana silah satşı ilə bağlı suala cavab verə bilmədi

Əlimizi vurduğumuz yandırır: ətdən göbələyə keçid - NƏ ETMƏLİ?

Bu ölkədə uşaqlara sosial media qadağan edilir

Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı

Qırğızıstan prezidenti məmurların maaşlarının artırılmasını qadağan etdi

İrəvan yenə KTMT-dən çıxmağı istisna etmədi

Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı - FOTO

Astarada TRAGİKOMİK VƏZİYYƏT: Kəndin yarısında qaz var, yarısında yox… - VİDEOREPORTAJ - VİDEOTƏFƏRRÜAT

900 minlik mənimsəmədə ittiham olunan iş adamı azadlığa çıxmaq istəyir

Maşın bazarında durğunluq: Nə baş verir?

Turizm Agentliyinin daha bir məmurla ORTAQLIĞI... - Sabiq Abdullayevin şirkəti ilə işbirliyi qurub festifal keçirdi

"Artsaxın ləğvi ilə bağlı fərmanın keçərli olmadığını söyləmək ciddi deyil" - Erməni deputat

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İsrail Suriyanı bombaladı - Ölənlər var

DYP "Formula-1"lə bağlı müraciət etdi

Bu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək

"Zelenskiyə sülh danışıqlarına getməyə icazə verilmir"

Azərbaycanda bu tarixədək geomaqnit qasırğası gözlənilir

Dondurulmuş ətlərə möhtac qala bilərik

Bütün xəbərlər