Cavid Qurbanovun arzusu yenə də ürəyində qaldı...
DİA.AZ: - Məlum olduğu kimi, keçən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. O da məlumdur ki, bunun ardından Ramin Quluzadə Prezident Administrasiyasında mühüm vəzifəyə irəli çəkildi.

Ramil Quluzadənin yerinə isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə Rəşad Nəbi oğlu Nəbiyev təyin edilib. Xatırladaq ki, buna qədər R.Nəbiyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tuturdu.

Bu proseslə bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Belə ki, mötəbər mənbədən redaksiyamıza verilən xəbərə görə, sən demə, Ramin Quluzadənin gedişindən sonra onun yerinə təyinat ala biləcəyinə ümid olan köhnə eşalon təmsilçisi də var imiş. Burada söhbət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan gedir.

Məlumatəı verən mənbə iddia edir ki, Cavid Qurbanov nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunacağına ciddidən inanırmış. Qeyd edək ki, hələ ilk başdan Cavid Qiurbanovun sözügedən postda gözü olsa da, istəyinə çata bilməyib və bundan sonra da onunla bağlı hansısa yeni təyinat qərarının veriləcəyi gözlənilən deyil.

Xatırladaq ki, yerli KİV-də zaman-zaman Cavid Qurbanovun müxtəlif vəzifələrə iddialarının olduğu qeyd olunub. Bir ara baş nazir olmaq istəyən Cavid Qurbanovun adı sonradan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna da namizəd kimi hallandı.

İndi isə aydın olur ki, əslində mahiyyətcə yeniləşən hakimiyyət komandasında "yamaq" kimi görünən məmurlardan biri olan Cavid Qurbanovun belə bir iddiada bulunması yalnız və yalnız onun şəxsi istək və arzusu ola bilər.

Onu da xatırladaq ki, dünən Prezident İlham Əliyev köhnə eşalon təmsilçisi olan məmurlarla bağlı sərt tənqidi mövqeyini ifadə edib və onbların cəzalandırılacağılnı vurğulayıb. İstisna deyil ki, həmin heyətdə Cavid Qurbanov da olacaq. Belə bir şəraitdə özünə güvənən Qurbanovun yersiz iddialarda bulunması yalnız və yalnız sabaha daha da ümidlənmə istəyinin təzühürü kimi qiymətləndirilə bilər.ş

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxunub: 385

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər