QİÇS Mərkəzindən tender maxinasiyası - FAKTLAR








Respublika QİÇS-lə Mübarizə Mərkəzi fevralın 12-də malların özünəməxsus çap və hazırlanması üzrə satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, məbləği 164 min 900 manat olan olan tenderi “DEKOMA QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb.
Tenderin şərtlərinə görə, 85000 təqvim – stolustu 12 aylıq və səhifəlik (spirallı, xüsusi loqolu, A5 300 qr kağızda və laminasiyalı), 85000 cib bloknot- qələmli (100 vərəqli ,100 qr kagiz), 85000 cib təqvimi (350 qr xüsusi loqolu laminasiyalı) tədarük olunacaq.
Qeyd edək ki, müsabiqənin qalibi olan “Dekoma Qrup” MMC 17.12.2020 tarixində yaradılıb. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.96 m.17 ünvanında yaradılan şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Günel Qəmbərovadır.
Qeyd edək ki, Gəmbərova Günel Oqtay qızının qanuni təmsilçisi olduğu daha bir şirkət ötən ilin dekabrın 22-də yaradılıb. Belə ki, “ALTEKS LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüququ ünvanı “Dekoma Qrup”la eynidir.
Maraqlıdır ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fevralın 8-də keçirdiyi birdəfəlik kontraseptivlərin satın alınması müsabiqəsində də qalib yeni yaradılan şirkət olmuşdu. Məbləği 199 min 500 manat olan tenderi qalibi “KİP SERVİS” MMC olmuşdu.
Bu isə o deməkdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi 4 gün ərzində 2 dəfə kobud şəkildə pozub. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.
Tenderin başlamasından, yəni 12.01.2021-ci il tarixindən cəmi 1 ay əvvəl yaradılmış şirkətin müsabiqədə qalib elan olunması şübhələrə əsas verir…


Oxunub: 662

Son xəbərlər

Daxil Kərimov yeni himayədar axtarışında?

Daha bir icra başçısı müəlliməni müavin təyin etdi

“Putyovka”ları altdan-altdan SATIRLAR!” – VİDEO

İrəvan “soyqırım”la bağlı layihəni rədd etdi

Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

“Hesab etdim ki, məhz bu gün burada olmalıyam”

Bu idarələrdə işləyənlərə ŞAD XƏBƏR

ABŞ-də Ziya Məmmədovun adının keçdiyi milyonluq cinayət işi bağlandı

Beş BÜRC üçün inanılmaz dəyişikliklər vədi: Sevgi, səyahət və…

Kreditiniz varsa, bunu edin ki, əməkhaqqı kartınızdan pul tutulmasın

Konstitusiya Məhkəməsindən əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Möminə xatun türbəsi bərpa olunacaq

2 milyonluq yeyinti - Direktor həbs edildi

Bu obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşdi

Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları silindi

Aksizli malların aksiz dərəcələrində dəyişiklik edildi

Sahil Babayev bəzi şöbələri ləğv etdi

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

Sürücülərin avtomobili məhv edən vərdişləri

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Afaq Əliyeva barəsində araşdırma başladı

Marsdakı sirli qara cizgilər: Düşündüyümüz kimi deyilmiş

Boks millimiz "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi OLDU

Ağdaş təhsil sektoruna müdir təyin edildi

Yerə asteroid yaxınlaşır

Bakıda əməliyyata girən qadın öldü – İki klinikaya İTTİHAM

Bu kolbasalar böyrəkdə daş yaradır

Hacı Vəliyevlə bağlı qərar verildi

BŞTİ-də yeni kadr təyinatı oldu

Bütün xəbərlər