Torpaqların bərpası prosesi əsas prioritet vəzifələrdəndir -








İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsi kimi 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyaraq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına start verib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmanın əldə olunması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının elan edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun, torpaqlarımızın öz sahibinə qayıtdığının təqdimatıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də işğaldan azad edilən ərazilərin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan 44 günlük müharibədə Qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri zamanı təməli qoyulan 100 kilometr uzunluğunda Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti böyükdür. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcəkdir.

10 noyabr üçtərəfli Bəyanatının 9-cu müddəasında bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrin bərpası qeyd olunur. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ölkə Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin bəndinin icrasına start verdi.

Qeyd olunan səfəri zamanı «Günəş də çıxır, yolumuzu işıqlandırır» söyləyən dövlətimizin başçısı İlham Əliyev azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayıb.

Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın qısa zamanda gerçəkləşəcəyinə işarədir.

Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışında da bu kimi məqamlara diqqəti yönəldərək bildirmişdir ki, hazırda dövlətin qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa ediləcək.

Göründüyü kimi, istər dövlətimizin başçısı İlham Əliyevin, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışlarında bərpa işlərində Azərbaycanın öz iqtisadi imkanlarına güvəndiyi qeyd olunmaqla yanaşı, dost ölkələrin şirkətlərinin, həmçinin ölkəmizlə əməkdaşlıq əlaqələri yüksək səviyyədə olan, milli-mənəvi, dini dəyərlərimizin qorunmasında atılan addımlarımızı təqdir edən və buna dəstək olan təşkilatların bu prosesə cəlb edilməsinin vacibliyi önə çəkilir. Qeyd edək ki, cənab İlham Əliyev bərpa işlərindən bəhs edərkən öncə tarixi və dini abidəlrimizin bərpasının prioritetliyini vurğulayır. Bunun üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirilir. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapacaq. Nəzərə alaq ki, bərpa işləri tamamlanıb Böyük Qayıdış həyata keçirildikdən, bu ərazilərdə yeni həyat başlandıqdan sonra xarici qonaqların da bölgələrimizə səfərləri başlanacaq. Bu ərazilərdə muzeylərin yaradalması nəzərdə tutulur. Həmçinin ermənilər tərəfindən tamamilə dağıdılan, amma bərpa olunmayan məhəllələr saxlanılacaq. Bu da təbliğat xarakteri daşıyır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması da bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir.

Dövlətimizin başçısı İlham Əliyev Zəngilan rayonunda olarkən artıq bu rayonda birinci “ağıllı kənd” layihəsinin icrasına start verildiyini bildirmişdir. Bu layihənin icrası 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə aparılacaq. Həyata keçiriləcək kompleks tədbirlərin ümumi məqsədi vətəndaş məmnunluğunu artırmaq, ölkəmizi daha da gücləndirmək, dayanıqlı inkişafın təmin edilməsi üçün bütün bölgələrimizin potensialından bəhrələnməkdir. Prezident İlham Əliyevin “ Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» fikirləri qarşıdakı dövrün prioritetlərinin ümumiləşdirilmiş ifadəsidir. / Dia.az


Oxunub: 797

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər