gundem / siyaset
19.02.2021, 10:29
Milli Məclisin deputatı Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilir - FOTO
Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdur. O, həm də ədliyyə naziridir.