Bu ilin yanvar ayında Azərbaycan 5,9 mln ABŞ dolları dəyərində 23,203 min ton buğda idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,05 milyon ABŞ dolları (46,1 %) və 26,7 min ton (53,5 %) azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 0,75 %-ni təşkil edib.