Baş nazir müavinlərinə martın 1-dək qoyulan vaxt bitir - AÇIQLAMA








Martın 1-nə sayılı günlər qaldı. 11 yanvarda Moskvada Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında keçirilən üçtərəfli görüşdə qərara alınmışdı ki, bölgədə bütün kommunikasiyaların açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılacaq və hazırlanacaq konkret “yol xəritəsi”ni martın 1-dək - 3 liderin növbəti görüşünə təqdim edəcək. Bəs məsələ nə yerdədir və nəzərdə tutulan işlər martın 1-dək həll ediləcəkmi? Xüsusən də Ermənistandakı kritik həddə olan daxili siyasi böhran fonunda bu, nə dərəcədə real görünür?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, üç liderin Moskva görüşündən sonra baş nazirlərin müavinlərinin görüşü olub: “Onların görüşündə isə alt işçi qrupların yaradılması barədə qərar qəbul edildi. Müxtəlif sahələr üzrə alt işçi qruplar yaradıldı. Onlara verilən vaxt tamamlanır və indiyə qədər yəqin ki, hazırlanan sənədlər, layihələr təqdim edilməliydi. Mənə belə gəlir ki, həmin İşçi qruplar işləyiblər və bir çox məsələlər əslində hazırdır. Amma bu açıqlanmır. Səbəb də bundan ibarətdir ki, Ermənistanda vəziyyət çox gərgindir və Paşinyanın başı hakimiyyətini, kreslosunu saxlamağa qarışıb. Belə bir vəziyyətdə Nikol Paşinyanın ola bilsin ki, o qərarların açıqlanmasından sonra vəziyyəti ağırlaşa bilər, Paşinyana qarşı rəqibləri yeni ittihamlar irəli sürərlər. Ona görə də Paşinyan hazırda kommunikasiya dərdində deyil.

Bu məsələlərin həlli, Azərbaycanla Ermənistan arasında uzunmüddətli daimi sülhə nail olmaq üçün və Qarabağda yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyasına tamamən keçməsi və “artsax-artsax oyunu”nun bitməsi Ermənistandakı siyasi sabitlikdən asılı olaraq qalır. Paşinyan möhkəmlənməlidir və bilməlidir ki, hakimiyyətinə təhlükə yoxdur, bu zaman bir çox ciddi qərarlar açıqlana bilər və yaxud Paşinyan daha qətiyyətli addımlar ata bilər. İndilikdə isə Paşinyanın başı daha çox özünü, hakimiyyətini qorumağa qarışıb. Ona görə də digər məsələ onun nəzərində arxa plana keçməkdədir".

Deputat onu da dedi ki, faktiki olaraq Ermənistanda hakimiyyətin sahibi Nikol Paşinyandır, onun hökumətidir və Rusiyanın sehrli çubuğu yoxdur ki, oradakı bütün məsələləri istədiyi səmtə bir anda yönlədirsin, həll etsin: “Hazırda Rusiyanın özü Ermənistanla bağlı çıxılmaz vəziyyətə düşüb. Çünki bir yandan Paşinyanla Qarabağ müharibəsindən sonra görüləcək işlərlə bağlı müəyyən razılıq əldə olunub və Kremlin Nikoldan nə qədər xoşu gəlməsə də, üçtərəfli razılaşmada tərəflərdən biri məhz Paşinyan olub. Şübhəsiz, Paşinyandan sonra hakimiyyətə gələcək adamlar da Rusiyaya kürək çevirməyəcək, amma istənilən halda əldə olunan bəyanatın bəndlərini tam həyata keçirmək Paşinyanla daha asandır, nəinki başqası ilə. O baxımdan da Rusiya hələ ki, bilmir hansı addımı atsın. Ona görə də Rusiya da gözləyir ki, Ermənistandakı hadisəılər hansı səmtə yönələcək. Əgər onlar Paşinyanı hakimiyyətdə saxlamaqla onun əli ilə müəyyən planları reallaşdıra biləcəklərsə, deməli, onun hakimiyyətdə qalmasına köməklik göstərə bilərlər. Məncə Paşinyanın hələ hakimiyyətdə qalması üçün Rusiya köməklik göstərir. Bu köməkliyi göstərməsəydi bəlkə də o, bu günə qədər hakimiyyətdə qala bilməzdi. Fikrimcə, məhz 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üçün Rusiya Nikol Paşinyanın arxasında dayanıb”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə bildirdi ki, yaradılmış işçi qrupunun qarşıya qoyulan işləri hansı səviyyədə həyata keçirdiyi barədə dəqiq məlumatlı deyil: “Ümumən bildiyim budur ki, proses normal getməlidir və nəticəsi də olacaq”.
“Yeni Müsavat”


Oxunub: 406

Son xəbərlər

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bütün xəbərlər