Çarəsiz durumda qalan Ağdam sakininə kim kömək etməlidir? - İLGİNC  GƏLİŞMƏ
















Son illər Dövlət Başçısı İlham Əliyevin göstərişinə əsasən aparılan islahatların vəzifəsindən azad olunduqdan sonra "yastığının altından xəzinələr çıxan" məmurlara qarşı nə qədər ədalətli bir qərar olduğu bütün ölkəyə, eyni zamanda bütün məmurlara bir nümunə olacağına köklənmişdir. Lakin, təəssüflər olsun ki, hələ də bir çox vəzifə kürsülərində gözü seyfindən uzağı görməyən, sələflərinin aqibətini görməzdən gələn məmurlar fəaliyyətini davam etdirməkdədir. Oxucularımızı yormamaq üçün tək-tək nümunə göstərmək istəmirik. Yəqin ki, izləyicilərimiz bu kimi məmurların bir neçəsi ilə ötən yazılarımızdan xəbərdardırlar. Nə yazıq ki, ona verilən vəzifəni əcdadının vərəsəsi, idarəçiliyində olan ərazi sakinlərini isə "sadiq qulları" hesab edən "kiçik padşahlar"ın siyahısı hər gün artmaqda davam edir.

Problemlərini həll etmək üçün vəzifəyə təyin olunduğu sakinləri qəbul etməyən məmurlardan biri də son günlər adı "iş günü sərxoş halda ərazi gəzintisinə çıxmaq"da hallanan Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənovdur.

DogruXeber.az İnformasiya agentliyinə müraciət edən Ağdam rayon Novruzlu kənd sakini, gənc xanım Quliyeva Samirə Sabir qızı bildirir ki, "üç azyaşlı övladım var, həyat yoldaşımdan ayrılmışam. Övladlarıma təkbaşına baxmaq məcburiyyətindəyəm. Nə aliment, nə ünvanlı sosial yardım almıram. İşsizəm. Ən kiçik övladım 8 aylıqdır. Onlara baxmaq üçün heç cür maddi imkanım yoxdur. Özüm də evim olmadığı üçün Bakı şəhərində kirayə yaşayıram. Mənə kömək etmələri üçün dəfələrlə Nazirlər kabinetinə, Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinə, həmçinin sakini olduğum Ağdam rayon icra hakimiyyətinə müraciət etmişəm. Lakin, bu günə qədər heç bir qurumdan, heç bir köməklik göstərilməyib."

Yeri gəlmişkən onu da qeyd edək ki, aldığımız məlumata görə Vaqif Həsənovun oğlu Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində sədr müavini vəzifəsində çalışır. Bu da onun sübutudur ki, digər yayımlanan yazılarımızda da qeyd etdiyimiz kimi vəzifəyə gələn məmurlar səlahiyyətlərinin yalnız qohum-əqrəbalarına "gün ağlamaq" olduğunu düşünürlər. İdarə etdikləri rayonda isə Samirə Quliyeva kimi çarəsiz sakinlərin hansı durumda olduqlarıdan xəbərsizdirlər.
Yuxarıda da qeyd etdiyimiz kimi Samirə xanım Nazirlər kabinetinə, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə də ünvanlı sosial yardım almasında ona hər hansı bir köməklik göstərmələri üçün müraciət edib. Əslində xanım ilk öncə yerli İcra orqanlarına müraciət etmiş və heç bir köməklik göstərilmədiyi üçün digər dövlət qurumlarına müraciət etmişdir. Nəzərə alsaq ki, xanımın tələbi o qədər də həll edilməsi mümkünsüz, yaxud uzun vaxt aparacaq bir bir proses deyil. Bu qədər zaman ərzində köməklik göstərilməməsi, xanımın digər dövlət qurumlarına müraciət etməyə məcbur qalması birbaşa Ağdam rayonunda fəaliyyət göstərən yerli İcra orqanlarının sakinlərə və sahib olduqları vəzifəyə məsuliyyətsiz yanaşmasından xəbər verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır:

DogruXeber.az


Oxunub: 993

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər