Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY






"Burda 22 ailə canını dişinə tutub yaşayır. Getməyə yerimiz olmadığına görə, məcburuq ki, dözək… Ancaq bir gün mütləq bu bina çökəcək və biz onun altında qalacağıq”.

DogruXeber.az DİA.AZ-a istinadən xəbər verir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 22-də yerləşən ikimərtəbəli yaşayış binasının sakinləri narahatdır. Onların deməsinə görə, yaşı 100-ü keçmiş binanın hər an çökəcəyi qorxusu burada yaşayanların iliyinədək işləyib.

“Burda hamının taleyi sanki tükdən asılıdır. Hər an ölümümüzü gözə alıb nəfəs çəkirik. Uşaqdan tutmuş ahıllara qədər hər kəs qorxu içindədir və bu qorxu hissi illərdir ki, bizimlədir. Təsəvvür edin ki, gecənin bir aləmi şaqqıltıya ayılırsan, hiss edirsən ki, divarlar aralanır, döşəmənin altından sanki torpaq kütləsi axır… Dəfələrlə olub ki, səhərə yaxın qorxu canımızı bürüyüb, hamı evindən çıxıb, çölə toplaşıb. Deyirik, nə olacaqsa, heç olmasa yatmış vəziyyətdə baş verməsin, heç olmasa bəlkə kimsə canını götürüb qaça bildi. Halbuki, bina çöksə burdan qaçış yoxdur, hamı altında qalacaq”, – sakinlərdən biri danışır.

Sakinlər ara-sıra özləri təmir işləri aparırlar, ancaq bu, yetərli deyil. İstismar müddətini çoxdan başa vurmuş bina yaşamaq üçün təhlükəlidir:

“Borca-xərcə girib ev təmir edirik, bir dəfə güclü yağış yağmaqla bütün əziyyətimiz hədər olur. Tavanlardan başımıza şırıltıyla su axır. Çünki binanın dam örtüyü bərbad vəziyyətdədir, onu təmir etmək yox, yerli-dibli yeniləmək lazımdır, buna da maddi gücümüz çatmır. Bu, yalnız dövlətin görə biləcəyi işlərdir”.
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY







Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY





Sakinlərin gileyi aidiyyəti qurumlardandır. Onlar hesab edirlər ki, bu vəziyyət məmurları narahat etmir: “Hacıbala Abutalıbovun vaxtında xeyli yazmışıq ona… Heç bir nəticəsi olmadı. İndiki başçı Eldar Əzizova da yazmışıq. Eləcə cavab gəlir ki, məktub çatıb. Ancaq nəticə yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətinə yazırıq, 72 saylı Mənzil İstismaq Sahəsinin rəisi gəlir, binaya baxır, deyir, nə etmək olar, siz müraciətlərinizi dayandırmayın, davam edin, bəlkə nəticəsi oldu. Bir sözlə, 22 ailənin taleyi qalıb ortalıqda… Hara gedək, dərdimizi bundan o tərəfə kimə deyək, bilmirik. Bakıxanovun mərkəzindəki salamat binaları söküb, yerində göydələnlər ucaldırlar, çünki maraqları var, o göydələnlərdən milyonlar qazanırlar. Ancaq qaldığımız yer mərkəz deyil, istədikləri gəliri götürməyəcəklər deyə, bu binanı heç qəzalı binalar siyahısına da salmayıblar”.


Oxunub: 436

Son xəbərlər

Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı AÇIQLAMA

Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

Afət Əkbərovaya vəzifə verildi

Polislər axtarış apardıqları evdə öldürüldülər

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Azərbaycan nefti ucuzlaşdı

Paşinyan sərhəd kəndinin sakinlərini göz yaşları içində geri qaytardı

Donetskdə ağır yaralanan azərbaycanlı vəkil hələ də mühasirədə qalıb

Bu ərazilərdə qaz olmayacaq

Bu günün valyuta məzənnələri

Ən zərərli tərəvəzin adı açıqlandı

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

9-cu planetlə bağlı yeni sübutlar tapılıb

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar

Bütün xəbərlər