gundem / siyaset
14.04.2021, 15:00
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə - görüşü keçirilib
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
DogruXeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə iki dövlət başçısının təkbətək görüşü olub.