İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı müqəddəs Ramazan ayında Aşağı Güzdək qəsəbəsində şəhid Məcidov Səbuhi Ağalətif oğlunun yaşamış olduğu evdə oldu. Əvvəlcə İ.Gülməmmədova şəhidin şəkilləri və şəxsi əşyaları olan otağa baxdı. Səbuhinin qısa həyat yolu ilə yaxından tanış oldu. Sonra şəhidin valideynləri və yaxın qohumları ilə görüşüb söhbət etdi. Onların qayğı və ehtiyacları ilə maraqlandı.

Vətənpərvər əskərlərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açan icra başçısı cənab Prezident İlham Əliyevin komandanlığı və həyata keçirdiyi uğurlu siyasət, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi nəticəsində ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən danışdı. İ.Gülməmmədova qeyd etdi ki, Azərbaycan əskəri döyüş meydanında əsil qəhrəmanlıq göstərdi. Qəlbi Vətən eşqi ilə döyünən mərd oğullarımız vətən uğrunda canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar. “Bu gün sizin övladınız və bütün şəhidlərimiz sayəsində başımız ucadır. Səbuhi qısa, lakin şərəfli bir ömür yaşadı. Şəhidlərimiz öz qanları ilə tarix yazdılar. Vətən müharibəsində iştirak edən hər bir kəs bizim üçün qəhrəmandır. Xalqımızın belə mərd, vətənpərvər oğulları ilə fəxr edirik” – deyə İ.Gülməmmədova bildirib.

Abşeron rayonunda şəhidlərimizin hər birinin adının küçələrə verilərək əbədiləşdirildiyini qeyd edən başçı həmin küçələrdə adlıq – quruculuq işlərinin aparılığını söyləyib. İ.Gülməmməova müqəddəs Ramazan ayında Allahdan şəhidlərimizə rəhmət, onların ailələrinə səbr və dözüm, qazilərimizə can sağlığı, xalqımıza isə əmin-amanlıq arzulayıb.

Şəhidin atası Ağalətif Məcidov dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razı qaldığını bildirərək özünün də müharibə iştirakçısı oluğunu, lakin şəhidlik zirvəsinin oğluna nəsib olduğunu diqqətə çatdırıb. Oğlu Səbuhinin də adının küçəyə veriliyini və qəsəbədə parkın salınığını bildirən A.Məcidov “Bu parkda və eləcə də bələdiyyə binasının qarşısında oğlumun gül-çiçəyə qərq olunmuş şəklini görəndə qürurlanıram. Düşünürəm ki, oğlum vətənin müdafiəsi uğrunda şəhid olub. Başımızı uca edib” – deyə nitqinə əlavə edib.

A. Məcidov şəhidlərimizin xatirəsini uca tutduğuna, şəhid ailələrini diqqət mərkəzində saxladığına və Möhtəşəm Qələbəyə görə Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürünü bildirib.
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram ərəfəsində şəhid Səbuhi Məcidovun ailəsinə baş çəkdi


Oxunub: 436

Son xəbərlər

Səhər yeməyi vacibdirmi?

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq — Nazir

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər