“ƏDV geri al” faizləri artırılacaq? – “Bu məsələyə baxıla bilər”

Azərbaycanda bir ildir ki, "ƏDV geri al” qaydası tətbiq edilir. Bu qaydaya əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır. Qaydalara görə, nağdsız ödənişlər üzrə ƏDV-nin 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi həcmində məbləğ istehlakçıya geri ödənilir.

ƏDV-nin geri qaytarılması üçün sahibkar ƏDV ödəyicisi olmalı, ticarət və ya iaşə obyektində yeni nəsil nəzarət-kassa aparatları mövcud olmalıdır. İstehlakçı yeni nəsil nəzarət-kassa aparatlarından çıxarılan çekləri toplayaraq, xüsusi proqram təminatı olan bazaya daxil etməklə ƏDV ödənişlərinin bir hissəsini geri ala bilir.

Sfera.az bildirir ki, "ƏDV geri al” tətbiqinə maraq artmaqdadır və istehlakçıların əksəriyyəti ödəniş çeklərini toplayır. Lakin hələ də çox sayda istehlakçı kassa çeklərini götürmür və bununla da dövriyyə əməliyyatlarına istehlakçı nəzarəti təmin edilmir. Müşahidələr göstərir ki, bəzi istehlakçının çekləri götürməməsinin səbəbi ƏDV ödənişi üzrə geri qaytarılan faizin onları qane etməməsidir.

Bəs, ƏDV üzrə geri ödənilən faizi artırmaqla istehlakçılarda kassa çeklərini toplamağa marağı bir qədər də artırmaq olarmı?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, ƏDV üzrə geri qaytarılan faizlərin artırılması üçün istehlakçı marağı ifadə edilməlidir. Onun fikrincə, belə bir istək olarsa, buna baxıla bilər.

R.Atakişiyev xatırlatdı ki, "ƏDV geri al” proqramının həyata keçirilməsində məqsəd istehlakçıya pul qazandırmaq deyil. "Bu tədbirin həyata keçirilməsinin əsas məqsədi qeyri-rəsmi işləyən, əməliyyatlarını rəsmiləşdirməyən obyektlərin üzə çıxarılmasıdır”, - deyən ekspert söylədi ki, bu proqramı tətbiq etməklə obyektlərdə kassa aparatlarının və POS-terminalların quraşdırılmasında ciddi irəliləyişə nail olunub.

Onun müşahidələrinə əsasən, "ƏDV geri al”ın tətbiqi rəqabəti də gücləndirib: "Bəzi istehlakçılar ticarət və ya iaşə obyektini seçən zaman kassa çeklərinin verilib-verilməməsini nəzərə alır. Buna görə də Bakı və Bakı ətrafında çoxlu sayda ticarət və iaşə obyekti müştərini cəlb etmək üçün məcbur qalıb yeni nəsil kassa aparatları və POS-terminallar quraşdırıb. Sahibkar müştərini itirməmək üçün bunu edib. Geri ödənilən faizlərin artırılması ilə bağlı istək əhalidən gəlməlidir. Hazırda faizlər istehlakçıları qane edir”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sfera.az saytına açıqlamasında deyib ki, ƏDV üzrə ödənişlərin geri qaytarılması mexanizmi təkmilləşdirilməlidir.
İstehlakçıların kassa əməliyyatlarına nəzarəti gücləndirmək üçün geri ödənilən faizlər artırılmalıdır.

R.Həsənovun fikrincə, nağd dövriyyə üçün geriödəmə faizi 25-ə, nağdsız ödəmə üçün 35 faizə çatdırılmalıdır. Onun sözlərinə görə, bu halda insanlar prosesdə daha aktiv iştirak edəcək, rəsmiləşdirilən dövriyyənin həcmi artacaq: "Geriödənişin faizinin artırılması insanların gəlirini artırmaqla bərabər, hökumətə iqtisadi dövriyyə nəzarəti gücləndirmək imkanı verəcək, iqtisadiyyatda leqallaşma vəziyyəti daha da yaxşılaşacaq”.

2021-ci ilin aprelin 1-nə olan məlumata əsasən, 47,111 milyon çek üzrə 60,19 milyon manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Bunun 26,77 milyon manatı 2021-ci ilin birinci rübündə ödənilib.


Oxunub: 486

Son xəbərlər

Səhər yeməyi vacibdirmi?

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq — Nazir

90 qəpikdən, 4 manata... — Xiyarın qiymətinin kəskin artmasının SƏBƏBLƏRİ

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

300 dollarlıq gömrük limiti azaldılacaq? - Deputatdan AÇIQLAMA

Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

Bu universitetin yataqxanası BƏRPA EDİLİR

MSK sədrinə yeni səlahiyyət verildi

Mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı dəyişikliklərin icrasına başlanıldı

Prezident memorandumu təsdiqlədi

Qızılcaya görə pandemiya təhlükəsi var? - Nazirdən cavab

Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə

2 əvvəl tikilən məktəb çökür: Şagirdlərin həyatı təhlükədədir? (AÇIQLAMA)

Prezidentdən 17 milyonluq SƏRƏNCAM

"Paşinyan bilirsə, beşinci kalonun kim olduğunu açıqlasın" - Xaçatryan

Sabah bəzi yerlərdə yağış yağacaq

23 ildən sonra İrana ilk rəsmi səfər

İstanbulda güclü zəlzələ OLDU

Prokurorluqdan 2 hərbçinin dəm qazından ölməsi ilə bağlı AÇIQLAMA

Xroniki yorğunluq sindromunun əsas əlamətləri

Vulkan püskürdü, alpinistlər yanaraq öldü - İtkin düşənlər var

Geomaqnit qasırğası gözlənilir

Şəhid ailələri və qazilərin icra başçısına qarşı "üsyan"ı - VİDEO

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu avtomobilləri Azərbaycana gətirmək mümkün olmayacaq (VİDEO)

Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)

Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək (VİDEO)

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər