"UniBank" müştərinin başına oyun açdı... - GİLEY


DogruXeber.az: - "Şikayətim "Unibank"dandır. İlk öncə demək istəyirəm ki, "Unibank"ın zəng xidməti sadəcə olaraq görüntü üçündür, operator yanlış məlumat verə də bilər, sizin müraciətinizi qeydə almaya da bilər". Bu sözləri Səda Rəcəbli adlı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qurpundakı paylaşımında ifadə edib.

"UniBank" müştərinin başına oyun açdı... - GİLEY


Daha sonra narazı istifadəçi yazır: "Söhbət, 30 may bankomatın içində qalan kartımı həmin an unibanka zəng vurub müraciətimi qeydə aldıqları təqdirdə, hələ isə kartımı ala bilməməyimdən gedir.
30 may müraciət etdim, "qeydə aldılar". 8 iyuna kimi xəbər çıxmadığı üçün Əcəmi filialına yaxınlaşıb kartımın aqibətini soruşduqda, yenidən müraciət etməyi təklif etdilər. Və mən qəbul etdim. Məndən hansi filiala göndərilməsini soruşdular, İnşaatçılar filialına istədim. 11 iyun hesabımdan pul çəkməyə həm də kartımın aqibətini soruşmağa inşaatçılar filialına getdim. Kartın Sahil filialında olduğunu dedilər. Mən də razılaşıb gülərüz ifadə ilə problem deyil deyərək yenə oradan çıxdım. 10 dəqiqə keçəndən sonra mənə kartın İnşaatçılar filialında olduğunu dedilər. Geri qayıtdım, kassada kart 15 dəqiqə axtardılar və mən yenə də kartsız gülərüz ifadə ilə geri qayıtdım. 14 iyun mənə Unibankdan zəng gəldi və mənə kartımın Sahil filialında olduğunu dedilər. Mən "İnşaatçılar filialına neçə günə göndərilə bilər" soruşduqda 10 iş günü çəkəcəyini dedilər. Mən imtina edib Sahil filialından almaq istədiyimi dedim. Mənə öncədən zəng vurub getməyimi məsləhət gördülər. Bugün, yəni 16 iyun Unibanka zəng vurub kartımın Sahil filialında olub olmadığını soruşdular. Onlar həmin filialla əlaqə saxladıqdan sonra mənə kartın Sahil filialında olduğunu bildirdilər.
Nəticə olaraq bir saat sonra mən Sahil filialına gələndə, mənə kartımın İnşaatçılar filialında olduğunu bildirəndə, gülərüz mimikam, səbrim tükənmişdi. 17 gündür ki, bir kartı ala bilməməyimdən əlavə mən bir banka 4 dəfə getməyə məcbur olmuşam. Səsimi yüksəldəndə isə mənə səhv məlumat verilə biləcəyini yox, hətta səhv anladigimi deyirdilər. Sahil sözü ilə İnşaatçılar sözü arasında heç bir oxşarlıq olduğunu düşünmürəm. Mən bu qədər get-gəldən sonra haqqım olaraq evə çatdırılma tələb edəndə, bankın elə bir xidməti olmadığını dedilər. Bankın amma yanlış məlumat vermək, müştəriləri kefləri ilə istənilən filiala çağırtdırıb burada deyil demək xidmətləri var deyəsən. Unibanka zəng edib şikayət etdim, şikayətimi qeydə aldıqlarını dedilər. Amma Unibankin zəng xidmətinin nəyisə düzgün edəcəyinə heç bir inamım yoxdur. Mənim də Unibankın filiallarını gəzməyə vaxtım yoxdur. Yüksək ehtimal hesabımdan pulumu çəkib hesabımı bağlayıb Unibankla yollarımı ayıracam. Amma sizə məsləhətim Unibank operatorunun dediyi heç bir cümləyə inanmayın".//dia.az


Oxunub: 215

Son xəbərlər

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Bütün xəbərlər