Bölgələrdə özəl məktəblər niyə yoxdur? – “2,5-4 milyon manatadək vəsait lazımdır...”


DogruXeber.az: - "Özəl təhsil müəssisəsindən vergi alınması absurd və gülüncdür. Çünki özəl təhsil müəssisələri dövlətin görməli olduğu işi görür”.

Bu sözləri Azərbaycanda fəaliyyət göstərən 34 özəl orta məktəbdən 28-nin Bakıda, yəni 82 faizinin paytaxtda yaradılmasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:

"Azərbaycanda tədris göstəricilərinin keyfiyyəti baxımından özəl orta məktəblərin nəticələri dövlət müəssisələrilə müqayisədə daha yaxşıdır. Bunun əsas səbəbi kommersiya marağı olsa da, həmçinin iş sistemində bir sıra peşəkar kompetensiyaların yoxlanılmasıdır”.

Ekspert qeyd edib ki, xidmət haqqının kifayət qədər yüksək olması, vergi güzəştlərinin olmaması bölgələrdə özəl orta məktəblər açmağa imkan vermir:

"Bakıda ən ucuz özəl məktəbdə təhsil haqqı illik 6 min manatadır. Rayonlarda bu tip məktəblər ona görə yaradılmır ki, onların fəaliyyət göstərmələrinə imkan verən vergi güzəştləri tətbiq edilmir, torpaq sahəsi ayrılmır. Belə məktəblərin rayonlarda da olması üçün böyük vəsaitlərə ehtiyac var. Nazirlər Kabinetinin özəl məktəblərin açılması ilə bağlı 171 saylı qərarında nəzərdə tutulan tələbləri yerinə yetirmək üçün böyük investisiya tələb olunur. Bir belə məktəbin açılması üçün 2,5-4 milyon manatadək vəsait lazımdır. Ona görə də indiki vəziyyətdə rayonlarda belə özəl müəssisələrin yaradılması rentabelli deyil, xərclər kifayət qədər çoxdur”.

Həmsphbətimiz hesab edir ki, dövlət rayonlarda özəl məktəb açmaq istəyən subyektlərə subsidiya ayırmalı, onları vergidən azad etməlidir:

"Özəl məktəblərdə kommunal xərclər 2-3 qat artıq qiymətlə hesablanılır. Bu sahədə də onlara aşağı qiymətlər tətbiq edilməklə güzəştlər olunmalıdır. Bu kimi addımlar atılsa, xidmət haqqı aşağı olar və rayonlarda da daha çoxsaylı özəl orta məktəblər açılar”.//dia.az


Oxunub: 451

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

Rusiya ordusu müharibə başlayandan bəri rekord sayda fərariliklə üzləşir - Kəşfiyyat

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu

"Simonyan bütün qırmızı xətləri keçib" - Rusiya Federal Şurası

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Yamayka Fələstini dövlət olaraq tanıyıb

Bu ölkə əcnəbiləri də səfərbər edəcək

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

AMEA-da yeni şöbələr yaradıldı — Kadr təyinatları oldu

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bu şadlıq sarayları cərimə edildi

Bütün xəbərlər