gundem / sosial
14.07.2021, 12:34
“Gilan Holding”in Qəbələdəki zavodu - Məhkəməyə Verilib
“Gilan Holding” MMC-nin tərəmə müəssisəsi məhkəməyə verilib.
DogruXeber.az Banker.az-a istinadən xəbər verir ki, ölkədə qida istehsalçılarını qablaşdırma ilə təmin edən 21 yaşlı “AZ-PACK” MMC, “Gilan Qəbələ Konserv Zavodu” MMC barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət edib.
Mübahisənin səbəbi iki şirkət arasında olan alqı-satqı müqaviləsi ilə bağlıdır.
Gilan Qəbələ Konserv Zavodu 2007-ci ildə yaradılıb və 377 340 manat nizamnamə kapitalına sahibdir. Zavod “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında məhsullar istehsal edir.
“AZ-PACK” 2000-ci ildə yaradılıb və 1363 manat nizamnamə kapitalına sahibdir. Şirkətləri qablaşdırma ilə təmin edir.