Fermerlərin iştirak etdiyi onlayn görüş keçirildi


DogruXeber.az: - Aqrar Xidmətlər Agentliyində (AXA) "Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib. Görüşdə AXA, Toxumçuluq Assosiasiyası, Toxum Fondunun əməkdaşları, toxum idxalçıları və təchizatçıları, iri toxumçuluq şirkətlərinin nümayəndələri və toxumçu fermerlər iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daha sonra Mirzə Əliyev "Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. O, fermerlərin yerli toxuma olan tələbatının ödənilməsi məqsədilə təbliğat işinin genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Mirzə Əliyev əlavə edib ki, fermerlərə sertfikatlı toxumların əlçatanlığının təmin edilməsi məqsədilə cari ildə 10 yerdə toxum satış yarmarkalarının təşkili nəzərdə tutulub. Eyni zamanda, AXA sədri fermerlərin sertifikatlı toxumların əhəmiyyəti və üstünlükləri ilə bağlı məlumatlandırılması, xaricdən gətirilən, dövlət reyestrində qeydiyyatı olmayan, keyfiyyətsiz toxumların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Bildirib ki, cari ildə toxumların sertifikatlaşmasında və etiketlənməsində beynəlxalq standartlara uyğun yeni üsullar tətbiq olunacaq. Belə ki, toxumlar təmizlənib, qablaşdırılıb, etiketlənib və partiyalara yığılır. Etiketdə toxum (bitki, sort, reproduksiyası, istehsal ili və.s) və toxum istehsalçısı barədə məlumatlar öz əksini tapır. Daha sonra kisələrdən nümunələr götürülərək analiz olunur. Nəticələr standartların tələblərinə uyğun olduqda toxum partiyaları sertifikatlaşdırılır və sertifikatla bağlı etiket məlumatları sistemdə aktivləşdirilir. Fermerlər etiketdə olan QR və unikal kod vasitəsi ilə sertifikatlaşmanın doğruluğu barədə avtomatik məlumat əldə edə biləcəklər. Bu da öz növbəsində saxta toxumların qarşısını almaqla yerli toxumların bazara çıxış imkanlarının artmasına, həmçinin fermerlərin keyfiyyətli toxumla təminatına və rayonlaşdırılmış sertifikatlı toxumlardan istifadəyə öz tövhəsini verəcək.

Görüşdə toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.//xeberekspress.az


Oxunub: 217

Son xəbərlər

Alternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

"Baykar" Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyə XİN-dən ABŞ-də ermənilərin təxribatlarına REAKSİYA

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

“Tuğ” Qoruğunun statusu müəyyənləşdi - QƏRAR

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Davit Babayan da həbs olundu - RƏSMİ

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO

İgidəlinin işçi canı hesabına İGİDLİYİ

Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR

İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL

Bu il Şuşada 17 binadan ibarət kompleks tikiləcək - Xüsusi nümayəndə

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Eldar Mahmudov üzə çıxdı

Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları TAPILDI

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul EDİB

Milli Qəhraman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTOLAR

Ermənilərin pis rəftara məruz qalması ilə bağlı məlumat yoxdur - BMT QAK

Yol polisindən paytaxt sakinlərinə və sürücülərə MÜRACİƏT

Ordumuz Xocavənddə artilleriya qurğuları müsadirə edib - VİDEO

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Neftimiz UCUZLAŞDI

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir -VİDEO

Bütün xəbərlər