“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var” - İTTİHAM


DogruXeber.az: - Şəmkirin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən icra başçısı Alimpaşa Məmmədovun əməllərinin ört-basdır etmək üçün iş aparılır.

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, rayondan Prezident Administrasiyasına şikayətlər göndərən vətəndaşlara, onların yaxınları hər vasitə ilə təzyiq göstərilir. Şikayətlərin ünvana çatması Prezident Administrasiyasında Qərb bölgəsinin kuratoru olan Orxan Mürsəlov tərəfindən alındığı iddia edilir. Şəmkir sakini Sakit İsmayılov bildirib ki, Alimpaşa Məmmədov vəzifədə olduğu dönəmdə müavini Qüdrət Əliyevin vasitəsilə Orxan Mürsəlova hər ay haqq çatdırıb. O bu haqda şikayətlərində də qeydlər edir.

Sonuncu şikayətində Sakit İsmayılov yazır: “Şəmkir xalqının canı Alimpaşadan qurtardı. Onu müdafiə edən müavini, puldaşıyanı Aynur xanımdan Şəmkir xalqının canı nə vaxt qurtaracaq? Aynur xanım deyir ki, Şəmkiri Prezident Administrasiyasından kurator Orxan Mürsəlov idarə edir və mənim arxamda da o durur, mənə heç kim, heç nə edə bilməz. Orxan Mürsəlovun kurasiyasında olan Qərb bölgəsində artıq 2 icra başçısı həbs olunub. Əgər Orxan Mürsəlov öz işinin öhdəsindən gəlsəydi, Alimpaşa Məmmədov Şəmkiri çapıb-talamazdı. Bu adam öz işinin öhdəsindən gələ bilmir. Şəmkirdə təcili yoxlama aparıb Alimpaşadan qalma komandanı tamamilə vəzifədən çıxarmaq lazımdır. Orxan Mürsəlovun əl-ayağını yığışdırmaq lazımdır ki, rayondakı cinayətlər tam şəkildə araşdırılsın”.

“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var. 2018-ci ildən bu yana onun Şəmkirdəki cinayətkar fəaliyyəti haqda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çoxsaylı şikayətlər yazmışam. Məni onun işi üzrə zərərçəkmiş qismində tanıyıblar. Bu gün onun vəzifələrini Fəxrəddin müəllim icra edir. Faktiki isə rayonu Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev idarə edir. Onu da himayə edən Orxan Mürsəlovdur. Bu adam Alimpaşa Məmmədovdan Qüdrət Əliyevin əli ilə hər ay ”haqq" alıb. Ona görə də bu gün də onların cinayətlərinin üstünün açılmasına mane olurlar".

Sakit İsmayılov deyib ki, bu gün də rayonda bütün idarə və təşkilatların işi Alimpaşa Məmmədovun nəzarəti altındadır. Qüdrət Əliyev onun sağ əli olmaqla, Orxan Mürsəlovdan gələn tapşırıqları yerinə yetirir ki, əvvəlki cinayətlərini ört-basdır etsinlər: “Ona görə də başçını əvəz edən Fəxrəddin müəllimin işini iflic ediblər, onu Orxan Mürsəlova görə sayan yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev və Aynur Abdullayeva onun göstərişləri ilə işləyirlər. Onların əlbir olub törətdiyi cinayətlər haqda yazdığım şikayətlərin bir çoxu bu gün cinayət işinin materiallarına əlavə edilib.

Bu adamların Şəmkirdəki torpaq maxinasiyalarını bilməyən yoxdur. Onlar mənim torpağımı da ələ keçirib Gəncədə işləyən Dilqəm adlı vəzifəliyə satıblar. Dilqəm keçmiş polis polkovnikidir, Gəncədə pasport masasının rəisi idi. Onun burada böyük obyektləri, yeməkxanası, restoranı var. Gəncədən yığdığı pullarla Dağıstanın Məhərrəmli kəndində 10 hektar torpaq alıb. Bələdiyyə sədri Vüqarla həmin 10 hektarda parnik əkirlər. Alimpaşa Məmmədovun Şəmkirdə satmadığı yer qalmayıb. Onun da, bələdiyyə sədri Vüqarın da yaxınlarının, ailə üzvlərinin adına xeyli torpaq, mülk var. Alimpaşa Məmmədov mənim torpağımı 250 min manata satıb, bu gün də onun dəstəsi Şəmkirdə talanla məşğuldur".

Şikayətçi deyir ki, Alimpaşa Məmmədov vəzifədə olduğu zaman 2 dəfə onunla görüşüb: “Deyirdi ki, məndən şikayət yazma, gəl dost olaq. Dedim, adam cinayətkarla dost olar? Mən Baş Prokurorluğa da dəfələrlə şikayət etmişəm. Şəmkirdə Alimpaşa Məmmədovun dəstə üzvlərinin də, Orxan Mürsəlovun da həbsini istəmişəm. Bu adamlar azadlıqda qalmaqla Alimpaşa Məmmədovun cinayətlərini ört-basdır edir, yeni-yeni cinayətlər törədirlər. Bu işlərə Orxan Mürsəlov rəhbərlik edir. O, Qərb bölgəsinin kuratoru olsa da, faktiki olaraq Qərb bölgəsində baş verən cinayətləri ört-basdır edən biri kimi ad çıxarıb. Çünki bunlar əlbirdilər”.

Təzyiqlərdən çəkinən digər şikayətçilər də qeyd edirlər ki, Alimpaşa Məmmədov həbsdə olsa da, ətrafı vasitəsilə Şəmkirdə istədiyini edə bilir. Onlara yazdıqları şikayətlərə görə təzyiq olunur.//dia.az


Oxunub: 318

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər