Azərbaycana qarşı "casus proqramı" təxribatı - AÇIQLAMA

DogruXeber.az: - OCCRP (Mütəşəkkil və Korrupsiya Hesabatı Layihəsi) iddia edib ki, Azərbaycan hökuməti İsrail şirkətindən aldığı proqramla Azərbaycanda 1000-ə yaxın şəxsin telefonnalrını dinləyir, telefonlar vasitəsilə onları izləyir. Həmin siyahıda siyasi fəalların, məşhur jurnalistlərin də adları var.

Ekspertlər deyir ki, 44 günlük müharibədən sonra media, cəmiyyət, hökumət, siyasi qüvvələr arasında yaranan həmrəylik bəzi qüvvələri narahat edir. Ona görə də bu cür məqalələrlə iinsanları bir-birinə qarşı qoymğa cəhd dirlər.

Siyahıda adı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Report”a açıqlamasında bildirib ki, belə bir yazının hazırlanması və siyahının yayılması Azərbaycana qarşı təxribatdır:

“Əks halda böyük layihənin içindən kiçik Azərbaycan fraqmentini qabardıb, yalnız Azərbaycanın üzərinə gəlməzdilər. Bu, daxili həmrəyliyi pozmaq üçün Azərbaycana qarşı təxribatdır”.

Baş redaktor vurğulayır ki, bu məsələ ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının rəhbər heyətinə aid şəxslərlə qeyri-rəsmi məsləhətləşmə aparıb, onların məsələyə münasibətini öyrənib.

Həmin şəxslər Rauf Arifoğluna bildiriblər: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə, o cümlədən, oxşarlıq yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terrorçular, Azərbaycana qarşı cinayət törətmiş vəzifəli ermənilər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terrorçunun adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də qalmır".

Baş redaktor bildirib ki, qeyri-rəsmi rəyə birmənalı inanmağın tərəfdarı deyil: "Lakin ortada dəmir məntiq var: niyə Azərbaycanın izlədiyi telefonlar arasında Qarabağdakı terrorçuların, Arayik Arutunyanın, Robert Köçəryanın, yaxud, Sarqsyanın, indiki Ermənistan rəhbərliyindən heç kimin telefonları, kompüterləri yoxdur? Əgər Fransadakı müxalif jurnalisti "Pegasus"la izləmək mümkündürsə, İrəvandakı Roberti niyə izləmək mümkün olmasın? Suallar çoxdur".


Oxunub: 244

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər