Rektorun müşavirini bıçaqlayan kimdir? - Abel Məhərrəmovla pul qalmaqalı

BDU rektoru Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb. Hadisə 27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda baş verib. İlkin məlumatlara görə, hadisəni İsmixan adlı şəxs törədib.

DogruXeber.az-ın Cebhe.info-ya istinadən məlumatına görə, bu ilin 20 aprel tarixində İsmixan adlı şəxs Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və həmin universitetin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı əmlak iddiası qaldırıb.

“Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib.

İyunun 9-da Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev belə nəticəyə gəlib ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub. Hakimin məhkəmə zalında qətnamənin “qət etdi” hissəsini oxuması orada quraşdırılan kameraların yaddaşına da köçürülüb.

İsmixan Mirzəyevin iddiası əsasında Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prossesə cəlb olunub. Çünki İsmixan Mirzəyev bildirir ki, Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyevin sözlərinə görə, çox vaxt danışıqlar da onunla aparılıb, Nəbi Ramazanlı vasitəçilik edib. İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib.

Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.

Ehtimal olunur ki, müşaviri bıçaqlayan İsmixan adlı şəxs həmin şəxsdir.


Oxunub: 374

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər