TƏHSİL NAZİRLİYİNİN ALA-YARIMÇIQ “ƏDALƏTİ”… - Nə üçün yalnız iyulun 23-də baş tutan imtahanlar təkrar keçiriləcək?

DogruXeber.az: - Bir neçə gün əvvəl “Hürriyyət” qəzetində müəllimlərin işə qəbulu imtahanında baş verən biabırçılıqlarla bağlı yazı dərc olunmuşdu. “TƏHSİLƏ AİDİYYƏTİ OLMAYAN SUALLARI İMTAHANA KİMLƏR SALIR? – Müəllimlərin işə qəbulunda biabırçı mənzərə…” sərlövhəli yazıda problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyinə müraciət etmişdik. Ümid edirdik ki, müəllimlərin mövqeyi ifadə olunan və onların səsi yetkililərə çatdırılan yazımızdan sonra məsələylə bağlı ədalətli, narazılığın çözülməsini təmin edəcək qərar veriləcək. Amma çox şey dəyişmədi...

Öncə onu qeyd edək ki, hazırda sözügedən məsələ ilə bağlı müəllimlərin narazılığı davam edir. Doğrudur, təhsil naziri Emin Əmrullayev narazılıqlara operativ reaksiya verdi və tədbir görüləcəyini bildirdi. Amma görülən tədbir deyəsən yalnız filoloqlara aid olundu. Təhsil Nazirliyi həm də filoloqların bir hissəsinin yenidən imtahan verməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarda, riyaziyyatçılar başda olmaqla, digər fənnlərə aid olan imtahanların təkrar keçirilməsi nəzərə alınmadı. Eləcə də 23 iyul tarixindən əvvəl baş tutan imtahanların təkrar keçirilməsi yox, yalnız həmin günkü imtahanların təkrar keçirilməsinə qərar verildi.

Maraqlıdır, hörmətli nazir fənnlər arasında ayrı-seçkiliyi nəyə əsasən müəyyən və təsbit edir?

Əlbəttə, təhsil nazirinin bu qərarının əsasında nə dayandığı maraqlıdır. Milli kino salnaməmizin misilsiz nümunələrindən olan “O olmasın, bu olsun” filmindəki sualı fərqli formada ifadə edərək, təhsil sahəmzin rəhbəri Emin Əmrullayevdən soruşaq: “Sizi məhz 2021-ci il 23 iyul tarixli imtahanın təkrar keçirilməsinə qərar verməyə nə yönəltdi? Yoxsa, düşünürsünüz ki, ondan əvvəlki tarixlərdə təşkil olunmuş imtahanlar daha yüksək səviyyəli, daha qüsursuz, daha mükəmməl idi? Hər halda, elə olmadığını siz də yaxşı bilirsiniz. O halda müəllim “həmkarlarınız” arasında hansı səbəbdən ayrı-seçkiliyə yol verirsiniz?”
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az


Oxunub: 291

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər