Jurnalistikada qabiliyyət imtahanı ləğv olunmalıdır - “Bu, kimlərinsə maddi maraqları ilə bağlıdır”

DogruXeber.az: - Son günlər mütəxəssislərin müzakirə etdiyi əsas mövzulardan biri jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanının keçirilib-keçirilməməsidir. Bəziləri bunu vacib hesab edirlər. Onların fikrincə, əks halda abituriyentin yaradıcılıq qabiliyyətini yoxlamaq olmaz. Bir qisim isə düşünür ki, digər fakültələr kimi jurnalistikaya qəbulda da xüsusi tura ehtiyac yoxdur. Mövqelər də, arqumentlər də müxtəlifdir.

Ona görə də “Sherg.az” olaraq media eksperti Zeynal Məmmədli ilə məsələyə aydınlıq gətirməyə çalışdıq:

- Qabiliyyət imtahanına dair sizin fikirləriniz necədir?

- Mən həmişə bunun əleyhinə olmuşam. İndi də birmənalı deyirəm ki, qabiliyyət imtahanı ləğv olunmalıdır.

- Niyə belə düşünürsünüz?

- Çünki 17-18 yaşlı abituriyentdən şagirdlik dövründə yazdığı elementar inşa yazmaq tələb olunur. Və inşa doğru yazıldığına yox, səhvsiz “gəlişigözəl” olduğuna görə qiymətləndirilir. Bunun jurnalistikaya nə aidiyyəti var?! Hələ mən mövzuların jurnalistikaya nə qədər uyğun olub-olmadığını demirəm. Əvvəllər belə deyildi.

- Necə idi?

- Sovet dövründə jurnalistikaya qəbul zamanı bir çox üsullardan istifadə olunurdu. Onlardan biri də bu idi: bir qrup eyni yerə, məsələn, hansısa zavoda aparılırdı. Sonradan həmin gənclərdən təəssüratlarını yazmaq tələb olunurdu.

Beləliklə, həm gələcək jurnalistin müşahidə qabiliyyəti üzə çıxırdı, həm də obyektivlik təmin edilirdi. Belə ki, abituriyentlər fərqli yox, eyni mövzunu yazırdılar. Hərçənd həmin üsulu da tam ideal hesab etmək olmazdı.

- Elə isə bu qədər narazılığa rəğmən, niyə qabiliyyət imtahanının keçirilməsi qərara alındı?

- Qabiliyyət imtahanının tərəfdarı olanlar jurnalistikanın gələcəyini yox, öz maraqlarını düşünənlərdilər. Jurnalistikaya qabiliyyət imtahanı kimlərinsə maddi maraqları ilə bağlıdır. Nəticədə vaxtı ilə 500 balla ödənişli təhsilə qəbul olunan abituriyent indi 200 balla ödənişsiz təhsil alır. Çoxları bu fakültəyə əlacsızlıqdan sənəd verirlər. Əksər gəncin bilik səviyyəsi çox aşağıdır.

- Bəs çıxış yolu nədir?

- Jurnalistikanın sosioloji sahə olduğunu nəzərə almaq lazımdır. Dediyim kimi, qabiliyyət imtahanı birədəfəlik ləğv olunmalıdır. Bu mərhələ ali təhsili təzə bitirən jurnalistlərin işə qəbulu zamanı lazımdır. Onda ayrı-ayrı sahələr və ixtisaslar nəzərə alınmalıdır.
Məsələn, tv-də çalışan jurnalistdən yaxşı yazmaq yox, efir prinsiplərinə nə qədər düzgün əməl etdiyi tələb olunmalıdır.


Oxunub: 310

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər