Naxçıvanda ŞOK: Pivə qonaqlığı qarşılığında imtahan sualları... - 315 müəllim qanunsuz olaraq işdən azad edilib

DogruXeber.az: - Xəbər verdiyimiz kimi, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı etirazların sayı günbəgün artır. Söhbət ondan gedir ki, imtahan zamanı müəllimlərə aidiyyəti olmayan sualların verilməsi çoxsaylı narazılıqlar doğurduğundan, Təhsil Nazirliyi iyulun 23-də və 26-da baş tutan imatahanların yenidən keçirilməsinə qərar verib. Lakin “Hürriyyət”in əldə etdiyi məlumata görə, nəinki bu il, ötən il də imtahanlar qeyri-peşəkar hazırlanıb və nəticədə bir çox savadlı kadrlar müəllim olmaq şansını itirib.

Onu da qeyd edək ki, Haxçıvan Muxtar Respublikasında da analoji hal baş verib. Belə ki, 2020-ci ilin noyabr ayında Naxçıvanda müəllimlərin imtahan verməsi haqda qərar qəbul edilib. Hər bir müəllim imtahanda iştirak etmək üçün banka 35-40 manat ödəyib. Lakin imtahan zamanı əksər suallar qeyri-ixtisas fənninə aid olub. Üstəlik, suallar tamamilə fərqli mövzuları əhatə edib və bir çoxunun ümumiyyətlə təhsilə aidiyyəti olmayıb.

Ən maraqlısı isə odur ki, həmin müəllimlər 6 ay sonra yenidən imtahan verməli olublar. Bu zaman da onlardan məcburi qaydada 35-40 manat “rüsum” alınıb. Müəllimlər təkrar imtahan verməkdən imtina etdikdə, onlara bildirilib ki, imtahanda iştirak etməyənlər dərhal işdən azad olunacaq.

Onu da qeyd edək ki, təkrar imtahan zamanı da sullar qeyri-peşəkar hazırlandığından və təhsilə heç bir aidiyyəti olmadığından, 315 nəfər savadlı müəllim öz işini itirib. Bəziləri isə heç bir xəbərdarlıq olunmadan, saxta əmrlə işdən azad edilib. Bu zaman isə onlara bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə işdən azad olunurlar. Üstəlik, musiqi məktəblərində müəllimlərin qanuni şəkildə işlədikləri son ayların maaşı da verilməyib və bildirilib ki, nazir pul toplamaqla bağlı onların qarşısına öjhdəlik qoyub…

Məlumat üçün bildirək ki, müəllimlər işdən qanunsuz olaraq çıxarılmaları ilə bağlı müvafiq qurumlara şikayət etsələr də, onların müraciətinə baxılmayıb. Sonradan bəziləri öz etiraz səslərini mətbuat vasitəsilə yetkili şəxslərə çatdırmağa məcbur olublar. Nəticədə, rəsmi qurumlar tərəfindən onlara xəbərdarlıq edilib ki, “siz müəllimləri ayağa qaldırırsınız, ölkədə ixtilaf törədirsiniz…”. Hətta öz haqlarını tələb edən bəzi təhsil işçiləri “radikal müxalifətçi” olmaqla hədələnib və susmayacaqları halda, sərt şəkildə cəzalandırılacaqları bildirilib.

Musiqi məktəblərindən birinin əməkdaşına təklif olunub ki, pivə qonaqlığı versən, səni imtahandan keçirəcəm. “Nazirliyimizdəki Mədəniyyət şöbəsinin müdiri və əməkdşaları ərimin dostlarıdır, onlara pivə qonaqlığı verərsən, sənin işin olmasın, imtahandan keçirəcəm”, - deyə müəyyən səbəblərdən adını açıqlamadığımız xanım bildirib. Onun sözlərindən belə aydın olub ki, bəzi müəllimlər ya tanışlıqla, ya da pul qarşılığında imtahandan öncə sulları əldə edə bilib, nəticədə isə yüksək bal toplayıblar.

Qeyd edək ki, işdən çxıarılan müəllimlərin əksəriyyəti hazırda çarəsiz vəziyyətdədir. “Uşaqlar məktəbə gedəcək, onların formasını almağa pul yoxdur, kreditimiz, borcumuz var, mən nə etməliyəm…”, - deyə onlardan biri sual edir.

Redaksiyadan: Yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı məlumat verəcəyik. Həmçinin, narazı müəllimlərin müsahibələrini də dərc etməyə çalışacağıq.//Hurriyyet.az


Oxunub: 298

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər