Gəncənin təhsil işçiləri ETİRAZ EDİR - SƏBƏB

DogruXeber.az: - İxtisasca pedaqoq olmayan, heç vaxt sinfə girib bir saat belə, müəllimlik etməyən, dərsdən-tədrisdən xəbəri olmayan Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş Anar Qədiməliyevin Gəncə kimi yarım milyona qədər əhalisi olan, respublikanın ikinci böyük şəhərinə təhsil idarəsinin rəisi təyin olunması şəhərin çoxminli təhsil işçiləri tərəfindən bir mənalı qarşılanmadı.

Gənc olmasına baxmayaraq, əyri işləri düzəltməkdə, rüşvət almaqla əlaqədar müxtəlif kombinasiyalar qurmaqda çox çevik olmaqla bərabər, həmdə böyük ustalıq nümayiş etdirir. Sanki, bu adam şəhər təhsil idarəsinə ona görə rəhbər göndərilib ki, əvvəlki sələflərinə nümayiş etdirsin, göstərsin ki, baxın rüşvəti necə mərkəzləşdirmək, necə ustalıqla almaq olar. Adi bir epizodu nəzərdən keçirək: Gəncə ş. 31 saylı tam orta məktəbdə “İbtidai sinifin metodikası” (rus bölməsi) müəllimliyi üzrə vakant yerdə zaman-zaman MİQ imtahanında iştirak edən və keçid balını toplaya bilməyən müəllimlər müddətli müqavilə ilə işləyiblər. Lakin 2020/2021 tədris ili üçün qeyd olunan vakant yer heç bir səbəb olmadan Gəncə ş. 31 saylı tam orta məktəbin direktoru Elyanora Əsgərova və Gəncə şəhəri təhsil idarəsinə rəhbəri A.Qədiməliyevin səyi nəticəsində Təhsil Nazirliyinin tərtib etdiyi vakant yerlərin siyahısından çıxarılıb.

Gəncənin təhsil işçiləri ETİRAZ EDİR - SƏBƏB

Məlumat üçün bildirim ki, qeyd olunan vakant yerdə isə saxta diplomlu, MİQ imtahanlarında iştirak edə bilməyən Leyla Hacıyeva müəllimlik edir. Neçə illərdir vakant olan yerin qanunsuz olaraq saxta diplomlu birisinin xeyrinə dondurulması A.Qədiməliyevdən əvvəlki təhsil idarəsi rəhbərinin ağlına belə gəlməmişdi, ya da ki, risk etməmişdi. Lakin A.Qədiməliyev bu işi ustalıqla yerinə yetirmişdir.

Məktəblərdə boşaldılmış vakan yerləri Təhsil nazirliyindən gizlədərək məktəb daxilində saatı nisbətən az olan müəllimlər arasında bölüşdürür, yəni sözün həqiqi mənasında “alışma edir”. Nəticə olaraq MİQ imtahanlarında yüksək bal toplamış savadlı müəllimlərimiz vakant yerlərin azlığından kənarda qalırlar. Əgər zaman-zaman əmələ gəlmiş vakant yerlər gizlədilməsəydi, nazirliyin vakant siyahısına salınsaydı savadlı müəllimlərimiz işsiz qalmazdı. Bütün bunlar hamısı cəmiyyətdə təhsil nazirliyinə və bütövlikdə dövlətimizə qarşı böyük narazılıqlara səbəb olur.

A.Qədiməliyev Gəncə şəhər təhsil idarəsinə ona görə rəhbər göndərilməyib ki, özündən əvvəlkinin səhvini daha pis formada təkrar etsin, öz mənafeyini güdərək cəmiyyətdə böyük narazılıqlar yaratsın, yox, əksinə, göndərilib ki, o mövcud olan nöqsanları aradan qaldırsın və Gəncədə təhsilin inkişafını təmin etməklə məşğul olsun. Lakin gözlənilənlərin əksinə olaraq A.Qədiməliyev neqatif halları ortadan qaldırmaq əvəzinə, özü qanunlarımızı pozaraq təhsildəki inkişafımızı əngəlləyir.//Hurriyyet.az


Oxunub: 483

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər