gundem
10.08.2021, 18:08
"Axsaq general" oğlunun eyibini örtür: - "O özünü vurmayıb"
DogruXeber.az: - Artıq 8 aydan çoxdur ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan ilə bağlı yayılan neqativ məlumatlar gündəmdən düşmür. Yerli media general oğlunun 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdən qaçmasından tutmuş, öz ayağından silahı ilə vurmasına qədər müxtəlif fərziyyələr irəli sürür.
Azvision.az xəbər verir ki, hazırda "Hayastan" blokunun parlament fraksiyasının rəhbəri olan Ohanyan yenidən gündəmə gələn bu iddiaların yalan olduğunu deyib.
Keçmiş nazir jurnalistlərə verdiyi açıqlamada oğlunun hansı şəraitdə yaralanması ilə bağlı bütün detalları bildiyini söyləyib.
"Oğlumun tankda özünü vurduğunu deyirlər. O öz ayağını vurmayıb. Bunu söyləyənlər onun tank bölməsinə komanda vermədiyini başa düşmürlər. Oğlum hərbi peşəni sərbəst şəkildə seçib. Bəlkə də mən ona müəyyən mənada ilham vermişəm", - Ohanyan oğlunu tərifləyərək yayılan xəbərləri yalanmağa çalışıb.
"Axsaq general" ləqəbi ilə tanınan eks-nazir jurnalistlərə onu da xatırladıb ki, oğlu hərbi komandan təyin olunanda Nikol Paşinyan şəxsən onu söhbətə dəvət edib. Halbuki bu cür təyinat baş nazirin birbaşa nəzarətini tələb etmir.
Xatırladaq ki, Seyran Ohanyan Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralandığı üçün ayağı şikəst olub. Bu səbəbdən onu "axsaq general" kimi də çağırırlar