GDU rektorundan şübhəli əməliyyat... - RƏQƏMLƏR

DgruXeber.az: - Gəncə Dövlət Universiteti (GDU) adı hər zaman neqativ hallarda çəkilən ali təhsil ocağıdır. Bu dəfə də fərqli informasiya deyil.
TİA.Az-ın xəbərinə görə, GDU rektoru Yusif Yusibov indi də inventarların satınalınması üçün 241 127.1 manatlıq tender elan edib.
Müsabiqədən “Qardaşlar Mebel-3” MMC olub. Halbuki, nə təhsil var, nə tədris var, heç bir invertar satınalınmasına ehtiyac yoxdur.
Amma fonddan 241 minlik vəsait pay-püş edilir. Bu, tenderlə reallaşdırılan ən asan maxinasiya üsuludur.
Bəs görəsən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov rəhbərliyə başladığı gündən təhsil müəssisəsinin keçirdiyi satınalmaları nə qədər şişirdib,şəffaflığa nə qədər riayət edib? Onun Gəncə Dövlət Universitetinə rəhbərliyə başladığı gündən təmir-tikintiyə ayırdığı vəsaitlərin bir qismini sadəcə yadına salmaq istərdik.

Xarici qaz və xarici elektrik təchizatının çəkilişi üzrə keçirilmiş kotirovka sorğusunda 122 567.78 manat dəyərində satınalma müqaviləsi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 25.11.2020-ci il tarixdə bağlanmışdır.

Cari təmir işlərinin görülməsi üzrə keçirilmiş kotirovka sorğusunda 49 270 manat dəyərində satınalma müqaviləsi “ARSENA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.06.2020-ci il tarixdə bağlanmışdır.

Abadlıq işlərin görülməsi üzrə keçirilmiş kotirovka sorğusunda 48 925.17 manat dəyərində satınalma müqaviləsi “ARSENA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.06.2020-ci il tarixdə bağlanmışdır.

Cari təmir üzrə keçirilmiş kotirovka sorğusunda 49 264.5 manat dəyərində satınalma müqaviləsi “DOINQES-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.12.2019-cu il tarixdə bağlanmışdır.

Abadlaşdırma xidmətləri üzrə keçirilmiş kotirovka sorğusunda 49 499.02 manat dəyərində satınalma müqaviləsi “DOINQES-KO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.12.2019-cu il tarixdə bağlanmışdır.

Elə həmin gün,yəni 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tenderdə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

20.07.2017-ci il tarixdə Universitetin Cavad bəy Rəfibəyli 57 ünvanında yerləşən 4 mərtəbəli tədris binasının təmir işləri üzrə 257 999.11 manat dəyərində satınalma müqaviləsi “YUMAKS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

14.12.2017-ci il tarixdə Universitetin Cavad bəy Rəfibəyli ünvanında yerləşən 5 saylı tədris korpusunun əsaslı təmir işləri üzrə 395 093.71 manat dəyərində satınalma müqaviləsi “Holding-SSS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Araşdırmalardan da göründüyü kimi 2017-ci ildə Gəncə Dövlət Universiteti tərəfindən təkcə bir korpusun cari və əsaslı təmir işlərinin satınalmasına ümumi olaraq 653 092 manat xərclənmişdir.

Qeyd edək ki,Gəncə Dövlət Universiteti bu məqsədlərlə 2014-cü ildə 625 514 və 527.049 manat, 2015-ci ildə isə 1.421.294 manat vəsait ayırıb.

Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq 24.12.2019-cu il tarixdə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb?

Müqayisə üçün bildirmək istərdik ki,sözügedən “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçrdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.

Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi,istirahət parkı ilə birgə 2 ədəd 9 mərtəbəli yaşayış binası tikmək olardı. Maraqlıdır bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb?


Oxunub: 516

Son xəbərlər

"Putin Ukrayna ilə bağlı məsələlərə şəxsən nəzarət edir" - Peskov

Ermənistanın COP29 FOBİYASI — Pərt olmaqdan qorxduqları üçün Bakıya gəlmirlər?

Yeni ildə neçə gün iş olmayacaq?

13-16 yaşlı yeniyetmələrdən ibarət dəstə 370 cinayət törədib

Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi

"KTMT ilə bağlı mövqeyimiz dəyişməyib" - Ermənistan XİN

"Bura köhnə Azərbaycan şəhəridir" - Paşinyandan AÇIQLAMA

Ucuz qiymətə bahalı səhhət problemləri - bizi kimi ölkələrdə AKTUALDIR...

Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır

"ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR" - Müdafiə nazirindən önəmli açıqlamalar + VİDEO

Dövlət başçısı Efiopiya Prezidenti ilə görüşdü

Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ

Gömrükdə tır sürücüsündən 2 ədəd su və 2 ədəd siqaret alan hərbçi tərxis olundu - ŞİKAYƏT

Paşinyan 9 noyabr kapitulyasiya aktını necə imzaladığını AÇIQLADI

“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı - VİDEO

Borrell Trampı bu şəxslə müqayisə etdi

Hazır qəhvə qocalmanı sürətləndirir

Palau Prezidenti Azərbaycana gəldi

Dünyanın ən böyük mərcanı ilk dəfə COP29-da açıqlandı

"İran və Rusiyanın Cənubi Qafqazda maraqları fərqlidir" - Səfir

"Saakaşvili həbsxanadan çıxa bilməyəcək" - Tbilisi meri

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdü

Bu təhsil müəssisəsində tələbələr "soğan kimi soyulur... - ŞOK MƏLUMATLAR // VİDEO

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

D vitamininin əhəmiyyəti

Özünü hotelin sahibi kimi təqdim edib, illərlə pulsuz yaşadı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İlham Əliyev Filemon Yanq ilə görüşdü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ÖLÜM

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər